Azərbaycanda 39 yaşlı kişi özünü güllələyərək intihar edib.
APA-nın verdiyi məlumata görə, hadisə Ağcabədi rayonunda qeydə alınıb.
Rayon sakini, 1975-ci il təvəllüdlü Natiq Həsən oğlu İsmayılov ov tüfəngi ilə ağzına atəş açaraq intihar edib.
Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
.
