Abşeron rayonunda "E-manat” terminalı oğurlanıb. "Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.
Abşeron Rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Elməddin Əliyevə məxsus mağazadan tütün məmulatı və orada quraşdırılmış "E-manat” ödəmə terminalını oğurlamış Ağsu rayon sakini Nicat Mehtiyev və Bakı şəhər sakini Vasif Abdulov tutulublar.
Araşdırmalar davam etdirilir.
.
