ABŞ YUNESKO-dlakı səsini itirib. Birləşmiş Ştatlara qarşı bu tədbir Vaşinqtonun təşkilata vaxtında üzvlük haqqını ödəməməsi olub.
Vaşinqtondakıların bir çoxu YUNESKO-ya tam üzv ola bilmədikləri halda, dövlətin ekstermizmlə mübarizə, qadın-kişi hüquqbərabərliyinin qorunması və azad nəşr barədə beynəlxalq proqramların həyata keçirilməsinə təsir edə bilməyəcəyindən ciddi şəkildə narahat olub.
Xatırladaq ki, iki il öncə YUNESKO-nun Fələstini öz sıralarına qəbuluna etiraz olaraq ABŞ ödənişi dayandırmışdı. Təşkilatın qanunlarına görə noyabrın 8 səhər maliyyəşləşdirmə həyata keçməli, əks təqdirdə səbəbini açıqlanmalı idi. Amerika tərəfi də nə bu, nə də o addımı atmadığı üçün avtomatik olaraq YUNESKO-dakı səsini itirib.
Qeyd edək ki, Amerikanın ildə 80 milyon dollar ödənişi (YUNESKO büdcəsinin 22 faizi) dayandırması təşkilatı maliyyə böhranı ilə üz-üzə qoyub.
YUNESKO bu üzdən ABŞ tərəfindən irəli sürülmüş Xolokost tarixinin öyrənilməsi, yaxud sunnaminin təbiətinin araşdırıması kimi proqramları dayandırıb.
.
