
ABŞ və Tayvan texniki məsləhətləşmələri başa çatdırıb və tariflər və qeyri-tarif maneələri məsələlərində konsensusa nail olub.
Bu barədə Tayvanın Mərkəzi İnformasiya Agentliyi (CNA) məlumat yayıb.
"Tərəflər texniki məsləhətləşmələri başa çatdırıb və tariflər, qeyri-tarif ticarət maneələri, ticarət prosedurlarının sadələşdirilməsi, təchizat zəncirlərinin dayanıqlılığı və iqtisadi təhlükəsizlik məsələlərində müəyyən konsensusa nail olublar", - məlumatda bildirilib.
Tərəflər arasında danışıqlar davam edir və ABŞ hökumətinin qərar qəbuletmə prosesi başa çatdıqdan sonra ictimai hesabat təqdim ediləcək.
Xatırladaq ki, ABŞ Tayvan mallarına 32 faiz tarif tətbiq edib.
.