Türkiyənin Çindən almaq istədiyi Raket Əleyhinə Müdafiə sistemi rəsmi Ankaranın başına bəla olub. ABŞ və Avropa bütün növ təzyiqləri işə salaraq Türkiyənin rəsmi Pekinlə imzaladığı 3,4 milyard dollarlıq razılaşmasını ləğv etməyə çalışır.
Qeyd edək ki, rəsmi Vaşinqton Türkiyənin RƏM sistemini alacağı təqdirdə sanksiyaların tətbiq olunacağı anansunu verib. "China Precision Machinery" (CPMIEC) adlı şirkətlə əməkdaşlıq edən Türkiyənin istənilən qurumuna embarqo qoyulacaq.
.
