ABŞ-ın Maliyyə Nazirliyi İranın "MahanAir” aviasiya şirkəti ilə əməkdaşlıq edən 19 şirkət və şəxsə sanksiya qoyub. "Media forum” saytının məlumatına görə, ABŞ Maliyyə Nazirliyi bəyan edib ki, həmin 19 şirkət və şəxs "MahanAir”ə qoyulan sanksiyaları pozub, ABŞ-dan ehtiyat təyyarə hissələri alaraq İrana öütürblər. Bəyanatda bildirilir ki, sanksiyaya məruz qoyulan şirkətlərin əksəri Türkiyədə, qalanları Ermənistan, Yunanıstan, İran, Tailand və Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərir. ABŞ Maliyyə Nazirliyinin sanksiyasına məruz qoyulan Ermənistan şirkəti "VertirAir” aviasiya şirkətidir. Sanksiyaya məruz qalan digər şirkətlərin və şəxslərin tam siyahısı hələ açıqlanmayıb.
.