
ABŞ Senatı 2025-ci ilin yayının sonunadək Rusiyaya qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsini qəbul etməyəcək.
Bu barədə The Hill nəşri məlumat yayıb.
“Respublikaçı senatorlar Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar nəzərdə tutan qanun layihəsini qəbul etmədən Vaşinqtonu tərk etməyə hazırlaşırlar”, – deyə materialda qeyd olunub.
Məlumata görə, Senatın iş sessiyası avqustun əvvəlində başa çatır. Növbəti iş mərhələsinin sentyabrın əvvəlində başlanması planlaşdırılır.
.