ABŞ prezidentinin saytında Ukrayna prezidenti Viktor Yanukoviç və kabinet üzvlərinə sanksiyaların tətbiqinə çağıran imza kampaniyası başlayıb. Kampaniya müəllifləri Avropa Birliyinə assosiativ üzvlük sazişi imzalamayacağı təqdirdə Yanukoviçin, komanda üzvlərinin, onların ailələrinin ABŞ və Avropa Birliyi ölkələrinə girişini yasaqlamaq, bank hesablarını dondurmaq təklifi verirlər.
"Media forum” saytı xəbər verir ki, imza kampaniyasını 1300-dən çox adam dəstəkləyib. İmza sayı 100 minə çatacağı halda ABŞ hökuməti çağırışa reaksiya verməyə borcludur.
.
