Amerika Birləşmiş Ştatları Polşada ölkənin hava məkanını pozan Rusiya pilotsuz təyyarələrinin vurulmasından sonra NATO ərazisini müdafiə etməyə hazırdır.

Bu barədə ABŞ-nin BMT-dəki daimi nümayəndəsi vəzifəsini icra edən Doroti Şi bildirib.

Şi bildirib ki, Polşada baş verən hadisə ABŞ-nin son həftələrdə Ukraynadakı müharibəni dayandırmaq üçün göstərdiyi fövqəladə səylərə kömək etmir:

"Birləşmiş Ştatlar bu həyəcanverici hava məkanı pozuntuları qarşısında NATO müttəfiqlərimizin yanındadır. Birləşmiş Ştatlar Şimali Atlantika Müqaviləsi Təşkilatının 4-cü maddəsinə uyğun olaraq Polşa və digər NATO müttəfiqlərimizlə məsləhətləşmələr aparır və əmin olun ki, biz NATO ərazisinin hər qarışını müdafiə edəcəyik. Prezident Tramp və Putin arasında avqustun 15-də Alyaskada keçirilən sammitdən sonra Rusiya Ukraynada bombardman kampaniyasını gücləndirib, insan tələfatı və mülki infrastruktura ziyan vurub".

.