ABŞ və Rusiya nümayəndələri arasında ikitərəfli strateji sabitlik dialoqu çərçivəsində Cenevrədə keçirilən görüş 7 saat davam edib.

Xarici KİV xəbər verir ki, iyunun 16-da prezidentlər Co Baydenlə Vladimir Putin arasında baş tutmuş görüşdə razılaşdırılmış, qapalı keçirilən danışıqlara ABŞ dövlət katibinin müavini Uendi Şerman ilə Rusiya xarici işlər naziri müavini Sergey Ryabkov rəhbərlik ediblər.

ABŞ Dövlət Departamenti danışıqların faydalı keçdiyini, sentyabr ayında növbəti dəfə görüş keçirilməsini razılaşdıqlarını, həmin vaxtadək ekspert işçi qrupları üçün gündəlik müəyyənləşdirmək üçün qeyri-rəsmi məsləhətləşmələr keçiriləcəyini açıqlayıb.

.