ABŞ Çinə Hörmüz boğazı ilə bağlı çağırış edib.

Dövlət katibi Marko Rubio "Fox News"-a açıqlamasında Pekini İranı Hörmüz boğazını bağlamamağa inandırmağa çağırıb.

“Mən Çin hökumətini İrana zəng etməyə çağırıram. Çin neft tələbatı ilə bağlı Hörmüz boğazından çox asılıdır”, - deyə Marko Rubio vurğulayıb.

Qeyd edək ki, bu gün İran İslam Şurası (İran parlamenti) Hörmüz boğazının bağlanmasını dəstəkləyib. Ancaq bu barədə yekun qərarı İran İslam Respublikasının Milli Təhlükəsizlik üzrə Ali Şurası qəbul etməlidir.

Hazırda qlobal neft və qaz tədarükününü 20 faizindən çoxu bu boğaz üzərindən daşınır. Hörmüzdən hər gün 17-20 milyon barel neft yüklü tankerlər keçir. Boğaz vasitəsilə Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt, Qətər, İraq kimi ölkələrin nefti dünyaya ixrac olunur. Köfrəzdən daşınan neftin böyük hissəsi Səudiyyə Ərəbistanına məxsusdur.

Marko Rubio: İran ABŞ-nin dinc nüvə enerjisi proqramını inkişaf etdirmək təklifini rədd edib

İran hakimiyyəti ABŞ-nin dinc nüvə enerjisi proqramını inkişaf etdirmək təklifini rədd edib.

Bunu ABŞ-nin dövlət katibi Marko Rubio “Fox News” telekanalına müsahibəsində bildirib.

“Bizim indi etmək istədiyimiz şey İranın heç vaxt nüvə silahına malik olmamasını təmin etməkdir. Əgər onlar dünyanın bir çox başqa ölkələri kimi atom elektrik stansiyalarının olduğu mülki nüvə proqramına sahib olmaq istəyirlərsə, bunu edə bilərlər. Onlara təklif edilən sövdələşmə bu idi. Onlar bunu rədd etdilər. Bizimlə oynamağa çalışdılar. Təkliflərimizə cavab vermədilər"- Rubio əlavə edib.

.