"ABŞ İrana qarşı hər cür variantı mümkün hesab edir. "Fars” xəbər agentliyinin məlumatına görə, bunu ABŞ dövlət katibi Con Kerri bildirib.
Onun sözlərinə görə, İranla razılaşmamaq pis bir razılaşmadan daha yaxşıdır: "Hazırda nüvə proqramının dinc məqsədli olduğunu sübuta yetirməsinin əsas məsuliyyəti İranın öz üzərindədir”.
C.Kerri deyib ki, ABŞ İranın nüvə silahı əldə etməsinə icazə verməyəcək.
