Amerikanın Vaşinqton ştatının Pasko şəhərinin polisləri, onlara daş atan kişini güllələyiblər, Associated Press bildirib. Həlak olan şəxs 35 yaşlı evsiz Antonio Sambrano-Montes adlı şəxs olub.
Oxu.az Qazeta-ya istinadən xəbər verir ki, polislər onlara hücum edən kişiyə qarşı öncə elektroşoker tətbiq etsələr də bunun kişiyə təsir etmədiyini görüblər. Kişi zabitlərə daş atmağa davam edib. O zaman polislər atəş açıb.
Şahidlər bəyan ediblər ki, kişiyə polislərdən qaçdığı zaman atəş açıblar. Şahidlərin sözlərinə görə, o gülləyə tuş gələnə kimi kvartalın yarısına qədər qaçıb.
.
