ABŞ-da "RR Auction" hərracında çəkisi 5,5 kq olan nadir ay meteoriti 612,5 min dollara satılıb.

Yenizaman.az RT-yə istinadən xəbər verir ki, sövdələşmə oktyabrın 19-da gecə saatlarında baş tutub.

Hərracın saytında bildirilir ki, "Ay pazzlı" kimi tanınan qiymətli daş altı fraqmentdən ibarətdir.

Meteorit 2017-ci ildə Afrikanın şimal-qərbindəki səhrada tapılıb.
.