Birləşmiş Ştatlar aztəminatlı ailələr üçün nəzərdə tutulan ərzaq proqrammında büdcəni azaltmağı düşünür.
Qeyd edək ki, uyğun dövlət proqramının vaxtı qurtardığı üçün, noyabrın 1-dən ərzaq talonlarının maliyyə təmini dayandırılıb.
Bununla belə, respublikaçılar vəsaitlərin bundan sonra da azaldılmasını tələb edərək, imtiyazlı alış-veriş üçün büdcə proqramını 5 milyard dollar kəsməklə daha ehtiyaclılara yönəltməyi tələb edirlər.
Qeyd edək ki, daxili xərclərin ixtisarı xarici borcun artması ilə əlaqədardır. Nəticədə təqribən 50 milyon aztəminatlı amerikalı zərər görüb.
Ekspertlər hesab edirlər ki, respublikaçıların bu təşəbbüsü cəmiyyətin sosial təbəqələnməsinə səbəb olaraq, çoxsaylı amerikalıları yoxsulluğa düçar edəcək.


.