ABŞ-ın İllinoys və qonşu ştatların bioloqları indiyədək məlum olmayan yeni koronavirus növünü aşkar ediblər.

TASS xəbər verir ki, bu barədə “BioRxiv” elektron elmi kitabxanası məlumat yayıb.

Tədqiqatçılar müəyyən edib ki, yeni aşkarlanan koronavirus növü bu günədək beş dəfə mutasiya prosesi keçib: “Yeni tip 5 xarakterik RNT mutasiyası ilə fərqlənir – N1653D, R2613C, G172V, P67S və P199L. Mutasiya dəsti baxımından bu virus "Britaniya" növünə bənzəyir, lakin onunla əlaqəli deyil”. 

Bildirilib ki, sözügedən virus ABŞ-da sürətlə yayılmağa başlasa da, hələ digər ölkələrə nüfuz etməyib. Bu növ də yüksək dərəcədə yoluxucu olduğu halda, öldürücü təsiri zəifdir.

.