Bakının "Sovetski" adlandırılan məhəlləsində layihəyə əsasən 3750 ev sökülməlidir.

Bunu ANS telekanalına açıqlamasında Baş nazirin müavini Abid Şərifov deyib.

Onun sözlərinə görə, 3478 evin vəsaiti artıq ödənilib və sökülüb: "Sökülən, lakin dəyəri ödənilməyən obyektlərin sayı 15-dir. Bu, sənədləşmə problemi ilə əlaqədardır. Kompensasiyası ödənilməli və sökülməli olan təqribən 250 obyekt qalır".

A.Şərifov, həmçinin tarixi abidələrin sökülməsinə dair məsələyə aydınlıq gətirib: "Azərbaycanda qəbul olunmuş qaydalara uyğun olaraq, bu abidələr rəyə əsasən siyahıdan çıxarılıb. Yalnız Nazirlər Kabinetinin qərarında bir obyekt ev kimi gedirdi. Bu, qədim hamamdır və artıq siyahıdan cıxarılıb".
.