İran raket arsenalı məsələsi ilə bağlı heç kimlə danışıqlar aparmır.

“Tasnim” agentliyi xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi iyunun 20-də Cenevrədə Avropa ”üçlüyü” (Böyük Britaniya, Almaniya və Fransa) nümayəndələri ilə danışıqlara işarə edərək bildirib.

Onun sözlərinə görə, bu danışıq nüvə məsələsi ilə bağlıdır: “Aydınlaşdırım ki, raket məsələsi ilə bağlı heç kimlə danışıqlar aparmırıq”.

.