
İran Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əlaqələrin dayandırılması haqqında qanunun qəbulundan sonra qurumla yeni formatda əməkdaşlıq etmək niyyətindədir.
“Al Arabia” xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
“Agentliklə əməkdaşlığımız dayanmayıb, lakin yeni format alacaq” deyən Əraqçi əlavə edib ki, nüvə obyektlərinin monitorinqi ilə bağlı müraciətlər təhlükəsizlik məsələləri nəzərə alınmaqla, ayrı-ayrılıqda nəzərdən keçiriləcək.
.