Avropa Birliyi Rusiyaya qarşı sanksiyaların qəbulunu sentyabrın 8-nə qədər təxirə salıb. Amma bununla belə AB-da Rusiyaya qarşı qəbul olunacaq yeni sanksiyalarla bağlı razılığa gəlinib. İTAR-TASS-ın məlumatına görə, o cümlədən NATO da Uelsdə keçirilən sammitində Rusiyaya qarşı sanksiyaların tətbiqinə dair razılığa gəlib. Diplomatik mənbələrdən "Reuters"ə verilən məlumata görə, Kreml Uktaynanın şərqində atəşkəslə bağlı imzalanan sazişə əməl edərsə, AB ümumiyyətlə Rusiyaya qarşı yeni sanksiyaların tətbiqindən imtina edə bilər.
.
