Masallı rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 16-da rayon sakini 77 yaşlı Ə.Hüseynov barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyən Cəlilabad rayon sakini A.Şahbazova tutulub.
Modern.az-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.
Məlum olub ki, A.Şahbazova 77 yaşlı Ə.Hüseynovu hədələyərək, ondan 1400 manat pul alıb.
Faktla bağlı araşdırma aparılır.
