Xəbər verdildiyi kimi, mayın 9-da yerli vaxtla saat 13:30-da Türkiyənin Ədirnə şəhərində "qanuni oğrular” arasında atışma olub.
Yenizaman.az Azvision.az-a istinadən xəbər verir ki, insidentin baş verdiyi yerə gələn polislərdən biri Hüseyn İmraq öldürülüb.
Ədirnə Polis İdarəsi aralarında 7 azərbaycanlı, 5 türk, rus və ukraynalı olan 15 nəfəri saxlayıb. Saxlanılan azərbaycanlı "vor zakon”ların da adı məlumdur. Onlar - Ceyhun Əsgərov (39), Rövşən Əliyev (45), Elşən Babayev (31), Əli Müseyb Heydərov (33), Namiq Umudov (27), Miryazif Fəxrəddin (38) və Qara Əliyevdir.
Ədirnə Polis İdarəsi 3 gün davam edən ifadələrdən sonra onları "qəsdən adam öldürmə, atəşli silahla qanuna zidd hərəkət, cinayət faktlarını silmək, gizləmək və ya dəyişdirmə” iddiaları ilə yerli vaxtla 13:00-da məhkəməyə aparıblar.
Cümhuriyyət Prokurorluğunda başladılan sorğu saat 14:00-da başlayıb və 22:30-a qədər davam eedib. Tərcüməçilərin də iştirak etdiyi sorğudan sonra tutulan şəxslər sərbəst buraxılıb.
Qeyd edək ki, artıq türk polisini öldürüb qaçan azərbaycanlının kimliyi müəyyənləşdirilib. Bildirilir ki, həmin şəxs 41 yaşlı Mahir Şükürovdur. Türkiyənin Ədirnə Polis İdarəsi artıq həmin şəxsin həbs edilməsi üçün axtarışlara başlayıb.
.