İllərə meydan oxuyan amerikalı şou-biznes ulduzu Cennifer Lopez qatıldığı qalada yenidən bütün diqqətləri üzərinə çəkib.

52 yaşlı Lopez “Tribeca” film festivalı çərçivəsində “Halftime” adlı sənədli filmin galasında şəffaf hissələri olan qara libas geyinib.

O, sözün əsl mənasında, saçından dırnağına qədər iddialı görünüb.

Müğənninin barmağında nişanlısı Ben Afflekin ona hədiyyə etdiyi 8,5 karatlıq brilyant nişan üzüyü də olub.

Pərəstişkarlarının sevgisi ilə əhatə olunan Lopezin təsirlənərək ağlaması da diqqətdən yayınmayıb.

Qaladan sonrakı ziyafət üçün isə müğənni ağ rəngli dəst seçib.

 

.