Bakıda evdən külli miqdarda qızıl oğurlayan şəxs tutulub.
Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Binəqədi RPİ 5-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 30-da Bakı şəhər sakini Kamal Talıbova məxsus evdən 50.000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Nicat Abbasov tutulub.
Araşdırma aparılır.
