Ali təhsil müəssisələrində ixtisas seçimində iştirak edən 440 abituriyent ərizəsini təsdiq etməkdən imtina edib.
Tələbə Qəbuluü zrə Dövlət Komissiyasından XəzərXəbər-ə verilən məlumata görə, həmin abituriyentlər ərizələrinə daxil olub, doldursalar da, təsdiqlətməyiblər.
Məlumatda həmçinin bildirilib ki, 29 iyul-10 avqust aralığında keçirilən ali təhsil müəssisələrinə ixtisas seçimində 38 114 abituriyent ərizəsini təsdiq edib.
Xatırladaq ki, iyul ayının 29-dan başlayan ali təhsil müəssisələrinin I-IV ixtisas qruplarında ixtisas seçimi ötən gecə - 10 avqustda saat 24:00-da başa çatıb.
.
