Əfqanıstanın paytaxtı Kabil şəhərində silahlı şəxslər parlament binasına hücum edib. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bir neçə partlayış törədildikdən sonra parlamentin binası atəşə tutulub.
Hüquq-mühafizə orqanlarının əməkdaşları deputatları və jurnalistləri binadan çıxarmağa çalışır.
Hücuma görə məsuliyyəti "Taliban” öz üzərinə götürüb.
