"Barselona"nın futbolçusu Lionel Messi əzəli rəqibi "Real"ın hücumçusu Kriştiano Ronaldo haqda danışıb.
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, portuqaliyalı oyunçuya hörmət etdiyini deyib:
"Ronaldo ilə bir-birimizə hörmət edirik. O, əla oyunçudur. Böyük uğurlara nail olub. Ancaq Ronaldo ilə rəqabət mənə əlavə motivasiya vermir. Məni həmişə "Barselona"ya və Argentina millisinə xeyir vermək istəyi motivasiya edib.
Yenizaman.az
.
