Son günlərdə Türkiyə hökuməti əleyhinə aparılan ləkələmə kampaniyasının sıralarına biri də əlavə olunub.
Avropa.info xəbər verir ki, Afrikada insanlara Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əleyhinə hazırlanan maykalar paylanılıb.
Türkiyə mətbuatında yer alan xəbərlərdə bildirilir ki, Ərdoğana qarşı növbəti kampaniya başladan "paralel dövlət" üzərində Ərdoğanın şəkli olan maykaları yerli əhaliyə pulsuz paylayıb.
Xalqa paylanılan maykaların üzərində Ərdoğanın şəklindən başqa "Bu iş bitməlidir, Ərdoğan getməlidir" şüarı yazılıb.
Ekvador Qvineyasında 2-ci Türkiyə-Afrika tərəfdaşlıq sammitində çıxış edən Ərdoğan, "paralel dövlət”-in agentlik fəaliyyətləri ilə bağlı Afrika ölkələrinin rəhbərlərinə xəbərdarlıq etmişdi: "Türkiyə və Afrika ölkələrinin arasına QHT və ya təhsil vermək adı ilə girən bəzi təhlükəli təşkilatlar olduğunu görürük. Agentlik fəaliyyətləri ilə məşğul olan bu təşkilatlara qarşı dövlət və hökumət başçısı olan dostlarımızın daha da həssas olacağını düşünürük".

.