Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə ittiham olunan Tahir Mürsəlovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Əlisultan Osmanov sədrlik edib. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası iyunun 15-nə təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi Bakı şəhərinin Sabunçu rayonunun Məhəmmədi qəsəbəsindəki "Yeni yaşayış massivində" baş verib. 1983-cü il təvəllüdlü T.Mürsəlovla həyat yoldaşı, 1991-ci il təvəllüdlü Nigar Mürsəlova arasında qısqanclıq zəminində mübahisə yaranıb. Mübahisə zamanı ər bıçaqla həyat yoldaşına çoxsaylı zərbələr endirib. Yaralı N.Mürsəlova xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

T.Mürsəlov Sabunçu Rayon Polis İdarəsinin 15-ci Bolis Bölməsinin əməkdaşları tərəfindən saxlanıb
.