2023-cü ilin ən çox qazanan 10 aktyorunun reytinqi dərc edilib. Ən yüksək pillədə “The Longest Yard”, “That's My Boy” və bir çox başqa filmlərin ulduzu Adam Sendler qərarlaşıb.

Bu barədə “Forbes”un dərc etdiyi reytinq siyahısından aydın olub.

Hollivud ulduzları Marqo Robbi və Tom Kruz siyahıda ilk üçlükdə qərarlaşıblar.

Qeyd edək ki, siyahını tərtib edərkən yalnız birbaşa qonorar - aktyorluq, rejissorluq və prodüserlik nəzərə alınıb.

1. Adam Sendler - 73 milyon dollar;

2. Marqo Robbi - 59 milyon dollar;

3. Tom Kruz - 45 milyon dollar;

4. Rayan Qoslinq - 43 milyon dollar;

4. Mett Deymon - 43 milyon dollar;

6. Cennifer Eniston - 42 milyon dollar;

7. Leonardo Di Kaprio - 41 milyon dollar;

7. Ceyson Steythem - 41 milyon dollar;

9. Ben Afflek - 38 milyon dollar;

10. Denzel Vaşinqton - 24 milyon dollar.

.