Fuad Hüseynov oğurluq və soyğunçuluğa görə 4 il 6 müddətinə azadlıqdan məhrum edildi
Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq və soyğunçuluqda təqsirləndirilən Fuad Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bizimyol.info xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən F.Hüseynov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ötən prosesdə dövlət ittihamçısı çıxışında F.Hüseynovun 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Hadisə Suraxanı rayon ərazisində yerləşən restoranda baş verib. Polis oğurluq və soyğunçuluqla əlaqədar 1999-cu il təvəllüdlü, Hövsan qəsəbə sakini F.Hüseeynovu saxlayıb və ona Cinayət Məcəlləsinin 177-ci (oğurluq), 180-ci (soyğunçuluq) maddəsi ilə ittiham olunub.
