Ötən gecə baş vermiş güclü zəlzələ nəticəsində Ağdamda 127 ev, 1 məktəb binası yararsız hala düşüb.

Bu barədə Ağdam rayon icra başçısının köməkçisi Eldəniz Abdullayev bildirib.

O qeyd edib ki, geceə saatlarında baş verən zəlzələ rayonun bir sıra kəndlərində yaşayış evlərinə ciddi ziyan vurub: "Ötən gün gecə saat 23:45-də qeydə alınan yeraltı təkanlar rayonun kəndlərində evlərdə iri həcmli çatlar yaradıb. Rayonun Kəməndli kəndində 36, Əffətli kəndində 3, Zərnişanlı kəndində 1, Xındırıstan 10, Quzanlı qəsəbəsində 3, Üçoğlan kəndində 4 ev ziyan görüb. Səfərova Zəhra Göyüş qızına məxsus 4 otaqlı ev tamamilə uçub,.
Dərbənd qəsəbəsində 5, Birinci dörd yol qəsəbəsində 44, Təzəkənd qəsəbəsində 1, Təzəkənd kəndində isə 3 ev yarasız hala düşüb, 200 yerlik 1 məktəb binası isə tamamilə uçub. Bundan əlavə, Yeniquzanlı və Birinci baharlı qəsəbələrində də 10 ev yararsız hala düşüb.”
A.Eldənizin sözlərinə görə, əhali arasında ölən və yaralananlar olmayıb. Hazırda zəlzələnin rayona vurduğu zərərin müəyyən edilməsi üçün yaradılan komissiya bu istiqamətdə iş aparır: "Yeniquzanlı qəsəbəsində transformatır partlayıb və ərazidə işıqlar kəsilib. Bu, insanlarda bir az qorxu yaradıb. Lakin heç bir itki olmayıb. Komissiya zədəli evlərlə bağlı araşdırma aparır çox güman ki, əhaliyə yardım göstəriləcək. Hazırda evlər zədəli olduğu üçün, əhali müvəqqəti olaraq başqa evlərdə qalır.”
Zəlzələ nəticəsində Tərtərdə də 3 ev uçub.
Rayon İcra Hakimiyyətindən Publika.az-a bildirilib ki, İsmayılbəyli və Evoğlu kəndlərində 3 ev və bir mal tövləsi uçub, 6 evə isə ciddi ziyan dəyib.
Zəlzələ ilə əlaqədar yaradılan xüsusi komissiyanın dəyən ziyanın müəyyən ediməsi üçün dəqiqləşdirmələr apardığıbildirilib. Ziyan dəyən evlərin sayının artacağı istisna edilmir.
Qeyd edək ki, Azərbaycanda ötən gün gecə saatlarında 6 bal gücündə zəlzələ baş verib. Yerin 25 km dərinliyində 5.7 maqnitudada qeydə alınan yeraltı təkanlar Ağdam, Tərtər və Bərdə rayonlarına ciddi ziyan vurub.

.