Ukrayna Prezidenti Volodimir Zelenski Təhlükəsizlik Xidmətinin Rusiyanı zəiflətməyə yönəlmiş yeni əməliyyatlar həyata keçirəcəyini açıqlayıb.

Zelenski bu barədə "Telegram" hesabında paylaşım edib.

"Rusiyanın təcavüzünə qarşı əməliyyatlarımızla bağlı hesabat təqdim olundu. Ukrayna Təhlükəsizlik Xidmətinin yaxşı nəticələri var və bu gün mən yeni əməliyyatları təsdiqlədim", - o bildirib.

Qeyd edək ki, bu gün - avqustun 4-də Zelenskinin göstərişi ilə həyata keçirilən və Rusiyanı zəiflətməyə yönəlmiş 40 günlük əməliyyat başa çatıb.

.