Bu gün Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze arasında keçirilən görüşdə ölkələr arasında hərbi əməkdaşlığın inkişaf perspektivlərindən danışılıb.

Həmçinin, birgə təlimlərin intensivliyinin artırılması barədə ətraflı fikir mübadiləsi aparılıb.

Ölkələrin beynəlxalq səviyyədə qəbul olunmuş ərazi bütövlüyünün dəstəkləndiyi diqqətə çatdırılıb.

.