
Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Trampın görüşü ilə bağlı hələlik konkret razılaşma yoxdur.
Bunu Putinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.
Kreml rəsmisinin sözlərinə görə, Putinlə Trampın görüşü diqqətlə hazırlanmalıdır, onların səviyyəsində müzakirə oluna biləcək nəticələr lazımdır.
Uşakov qeyd edib ki, iki lider arasında telefon danışıqları artıq müəyyən nəticələr verir, lakin onların görüşünün bu il baş tutacağı fakt deyil.
.