Yeni Zaman partiyası işğalçı Ermənistan silahlı qüvvələri bölmələrinin sentyabrın 12-də, gecə saatlarında beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarını, fundamental insan hüquqlarını, Azərbaycan, Ermənistan və Rusiya dövlət başçıları  arasında, 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli Bəyanatın şərtlərini növbəti dəfə qəsdən və kobud şəkildə pozaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətməsinə dərin hiddətimizi bildiririk. 

Nəticədə silahlı qüvvələrimizin şəxsi heyəti arasında Şəhidlərimiz var.

Erməni revanşistlərinin qisas niyyətli təxribatın Azərbaycan-Ermənistan sərhədində baş verməsi onun çirkin mahiyyətindən, erməni faşistlərinin təmas xəttində süni gərginlik yaratmaq niyyətindən xəbər verir. 

İşğalçı Ermənistan silahlı qüvvələrinin diversiya qrupları tərəfindən törədilən növbəti genişmiqyaslı hərbi təxribatı, xüsusilə də qaranlıq hava şəraitində ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan ərazilərinin, xüsusilə geniş bərpa-quruculuq işlərinin aparıldığı yerlərin, təminat yollarının minalanmasını kəskin şəkildə pisləyirik.

Baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü qeyd edərək,  Azərbaycan Respublikasının siyasi və hərbi rəhbərliyindən ölkənin ərazi bütövlüyünə və suverenliyinə qarşı hər bir addımların qarşısının kəskin alınmasına çağırırıq.

Yeni Zaman partiyası ölkənin ərazi bütövlüyü və suverenliyi uğrunda mubarizədə Ali Baş komandan, ölkə Pezidenti İlham Əliyevi dəstəkləyir və onun yaninda olduğunu bəyan edir.

Qətiyyətlə söyləyirik ki, Ermənistanın bu addımları aparılan normallaşma və sülh prosesinə tamamilə ziddir. Ermənistan dövlətinin işğalçılıq, revanşist niyyətlii davranışları region üçün bir təhdiddir.

Biz bir daha beynəlxalq təşkilatlara, aparıcı qurumlara müraciət edərək, dünya birliyindən bu kimi halların bir daha baş verməməsi üçün beynəlxalq hüquq müstəvisində əməli addımların atılmasını, eyni zamanda, Ermənistan tərəfinin revanşizm ideyalarına son qoyaraq sülhə dəvət edilməsi istiqamətində səylərinin artırılmasını tələb edirik. 

Allah vətən uğrunda canından keçən şəhidlərimizə rəhmət eləsin!

.