Yaponiya hökuməti aprelin 18-dən 22-dək Kuril adalarının cənub hissəsində raket təlimləri keçirmək planları ilə bağlı Rusiyaya etiraz edib.

Yenizaman TASS-a istinadən xəbər verir ki, bu barədə Tokioda keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno bildirib.

“Rusiya hakimiyyətinin sahil mühafizəmizə göndərdiyi bildirişə əsasən, aprelin 18-dən aprelin 22-dək İturup adası yaxınlığında raket atışları ilə təlimlərin keçirilməsi planlaşdırılır"- deyə o qeyd edib.

Onun sözlərinə görə, təlim zonasına Yaponiyanın özünün hesab etdiyi ərazi daxildir.

“Biz etiraz etdik, çünki Rusiyanın şimal ərazilərdə hərbi mövcudluğunu gücləndirilməsi ölkəmizin mövqeyi ilə ziddiyyət təşkil edir”, - deyə Matsuno əlavə edib.

.