30-31 mart tarixlərində YAP Pirallahı rayon təşkilatının ərazi partiya təşkilatlarında 31 Mart- Azərbaycanlıların soyqırımının 104-cü ildönümünə həsr olunmuş silsilə anım tədbirləri keçirilib.
YAP Pirallahı rayon təşkilatının ərazi partiya təşkilatlarında 31 mart soyqırımına həsr  olunan tədbirlər, mühazirə və bədii kompozisiyalar, vətənpərvərlik mövzusunda inşa yazı və rəsm müsabiqələri təşkil olunmuşdur. Soyqırımı Günü ilə əlaqədar divar qəzetləri, stendlər və guşələr, bülletenlər hazırlanıb, şagirdlərin əl işlərindən ibarət sərgilər keçirilib.
Tədbirlərdə soyqırıma məruz qalmış qurbanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, erməni daşnaklarının Azərbaycan xalqına qarşı törətdikləri soyqırımın tarixi haqqında şagirdlərə geniş məlumat verilib.  
Qeyd olunub ki, martın 31-i ölkəmizdə dövlət səviyyəsində soyqırım günü kimi qeyd edilir. İki əsrdən çox bir müddətdə ermənilər tərəfindən Azərbaycanda törədilən soyqırımların coğrafiyasının geniş olduğu, təkcə 1918-ci ilin mart və aprel aylarında Bakı, Şamaxı, Lənkəran, Qubada və digər bölgələrimizdə yüzlərlə azərbaycanlının qətlə yetirildiyi, evləri talan edilərək yurd-yuvasından didərgin salındığı bir daha şagirdlərin diqqətinə çatdırılıb. Ulu Öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verildiyi bildirilib. Vurğulanmışdır ki, eyni uğurlu siyasət hazırda görkəmli dövlət xadimi, Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyev tərəfindən daha da geniş miqyaslı şəkildə davam etdirilir.
Tədbir iştirakçıları Azərbaycanın 44 Günlük Vətən müharibəsindəki şanlı qələbəsindən söz açaraq qeyd etdilər ki, soyqırım zamanı qətliama məruz qalmış soydaşlarımızın qanı yerdə qalmamış, hər birinin qisası alınmışdır.

.