Ukrayna prezidenti vəzifəsindən zor gücünə kənarlaşdırılan Viktor Yanukoviç hərbi qulluqçuları "cinayətkar tələbləri” yerinə yetirməməyə və Ukrayna xalqına atəş açmamağa çağırıb. İtar-Tass agentliyinin məlumatına görə, keçmiş ölkə başçısı bazar günü axşam Rostovda çıxış edib.
Yanukoviç onu da deyib ki, ölkənin hazırki hakimiyyəti baş verənlərə görə cinayət məsuliyyəti daşıyacaq. Eks-prezident qeyd edib ki, Ukrayna vətəndaş müharibəsinə bir ayaq üstə başlayıb və bu gün ölkə üçün seçkidən daha çox dialoq vacibdir. O bildirib ki, ABŞ Ukraynada baş verənlərlə birbaşa əlaqəlidir və onların "vətəndaş müharibəsinin həllində öz məsuliyyət payları var”.
.
