Malayziyanın federal məhkəməsi xristianlar üçün Tanrının ifadə edilməsi zamanı "Allah” sözündən istifadə edilməsi qadağasını qüvvədə saxlayıb.
Yenizaman.az BBC-yə istinadən xəbər verir ki, bazar ertəsi məhkəmə kollegiyası "Herald” katolik nəşrinə öz publikasiyalarında "Allah” sözündən istifadə etmə qadağasını qüvvədə saxlayıb.
Nəşrin fikrinə görə məhz bu söz malaya dilində yaradanın adını əsrlər boyu ifadə edib.
"Bu, Yaxın Şərq və İndoneziya terminidir - "Allah” sözü həm müsəlmanlar, həm də xristianlar tərəfindən istifadə edilir”, - "Herald” nəşri qeyd edib.
Bununla yanaşı, məhkəmə qadağanın götürülməsinin müsəlmanları çaşdıra biləcəyini və kütləvi narahatçılığa səbəb olacağını hesab edir.
.