"Sudanda Azərbaycan vətəndaşlarının mövcudluğu barədə bizdə heç bir məlumat yoxdur".

Bunu Yenizaman-ın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə deyib.

Ayxan Hacızadə Nazirliyə təxliyə üçün heç bir müraciət daxil olmadığını da vurğulayıb.

Xatırladaq ki, Sudanda ordu ilə xüsusi təyinatlı dəstələr arasında başlayan silahlı toqquşmalarda azı 180 nəfər ölüb, yüzlərlə insan yaralanıb.

.