“Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar” mövzusunda diplomatik xidmət orqanlarının rəhbərlərinin IX müşavirəsinin “Dəyişən dünya düzənində xarici siyasət və çoxtərəfli diplomatiya” mövzusuna həsr olunan ilk panel müzakirəsi keçirilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” platformasındakı paylaşımında qeyd edilib.

Bildirilib ki, panel müzakirəsi Azərbaycan Respublikasının xarici işlər nazirin müavinləri Araz Əzimov və Yalçın Rəfiyevin əsas natiq qismində iştirakı ilə baş tutub.

Panel çərçivəsində postmünaqişə dövrünün reallıqlarının Azərbaycan xarici siyasətində yaratdığı prioritetlər, normallaşma prosesinin vəziyyəti və mövcud çağırışlar, regional və beynəlxalq təhdidlərin fonunda ölkəmizə təsir edə biləcək təhlükəsizlik məsələləri, çoxtərəfli platformalarda fəaliyyət çərçivəsinə mövcud çağırış və imkanlar təhlil edilib.

.