
Azərbaycan-Türkiyə əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə töhfə verir.
Bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada Ceyhun Bayramov ilə birgə mətbuat konfransı zamanı bildirib.
Türkiyəli nazir qeyd edib ki, bu çərçivədə TANAP və BTC başdadır: “TANAP artıq Avropanın əsas enerji təhlükəsizliyində rol oynayır. TANAP vasitəsilə gələn qazın böyük hissəsi Avropaya gedir. Qışda Avropada qazla bağlı yenə böhran ola bilər. Rusiya-Ukrayna müharibəsi bunu bir daha göstərdi.
Azərbaycanla əlavə qaz həcmi ilə bağlı danışıqlar aparırıq. İmkanlarımızdan istifadə edərək Azərbaycanla ortaq çalışmalarımız davam edir. Bir yandan öz enerji təhlükəsizliyimizi gücləndirməklə Avropanın enerji təhlükəsizliyinə də dəstək vermək səylərimiz davam edəcək”.
.