Azərbaycan Respublikası Prezidentinin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən XIII Qlobal Bakı Forumunun rəsmi hissəsi bu gün başa çatıb.

12-14 mart tarixlərində keçirilən forum “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusuna həsr olunub.

Forum çərçivəsində dünyanın müxtəlif ölkələrindən sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri və nüfuzlu ekspertlər Bakıda bir araya gəlib.

Forumda ümumilikdə 12 panel müzakirəsi təşkil olunub. Müzakirələr iqlim dəyişikliyi, beynəlxalq hüquqa hörmət, böhran şəraitində çoxtərəflilik, qlobal əməkdaşlığın yenidən düşünülməsi və inklüziv inkişaf kimi mövzulara həsr olunub.

Forumun sonuncu paneli “Beynəlxalq sistemin yenilənməsi yollarının axtarışı” mövzusuna həsr edilib.

Xatırladaq ki, Qlobal Bakı Forumu 2013-cü ildən Azərbaycanda keçirilir.

.