Azərbaycanla NATO arasında qarşılıqlı faydalı tərəfdaşlıq qurulub.

Bunu NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə Xüsusi Nümayəndəsi Xavier Kolomina "X" hesabında bildirib.

Bu gün Azərbaycanın NATO-nun tərəfdaşı olmasının 30 ili tamam olduğunu qeyd edən NATO rəsmisi tərəflər arasında fəal siyasi dialoqun olduğunu vurğulayıb: "O vaxtdan bəri biz fəal siyasi dialoq və praktiki əməkdaşlıq vasitəsilə qarşılıqlı faydalı tərəfdaşlıq qurmuşuq. Xüsusilə Azərbaycanın NATO missiyalarına, enerji təhlükəsizliyinə və iqlim dəyişikliyinə töhfələrini alqışlayırıq".

 

.