12 ölkəni təmsil edən beynəlxalq səyyahlar qrupu azad edilmiş ərazilərə səfər çərçivəsində Azıx mağarasında olub.
12 ölkədən olan - ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya, Rusiyadan olan səyyahlara Azığ mağarasının tarixi haqqında məlumat verib. Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini Ağacavid Ramazanov qeyd edib ki, mağara regionda qədim yaşayış məskənlərindən olub.
Səyyahlara mağarana aparılan arxeoloji qazıntılar barədə məlumatlar verilib. Vurğulanıb ki, ərazidə erməni işğalı zamanı vandallıqlar törədilib.
.