"Vaxtilə xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları bu barədə aidiyyəti qurumlara məlumat vermirdilər və bu zərurətdən Cinayət Məcəlləsinə 318-2-ci maddə daxil edilmişdi”.
Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov bildirib.
K. Cəfərov deyib ki, həmin vaxt məqsəd vətəndaşları daha məsuliyyətli etmək idi: "Hazırda müvafiq müraciət formaları var və cari təcrübə göstərir ki, xarici dövlətin vətəndaşlığını qəbul etmiş şəxslər bu barədə vaxtında Miqrasiya Xidmətinə və Xarici İşlər Nazirliyinə məlumat təqdim edirlər. Bununla əlaqədar olaraq, qeyd edilən məsələ ilə bağlı sərt tədbirlərin görülməsinə ehtiyac qalmamışdır”.
.
