Mərhum xalq artisti Eldəniz Zeynalovun oğlu Məmməd Zeynalovun səhhəti pisləşib.
Milli.Az-a açıqlama verən xalq artistinin qızı Gülbəniz Zeynalova kömək istəyib:
"Qardaşımı xəstəxanadan evə çıxarmışıq, axsaya-axsaya da olsa yeriyir, həyətə çıxırdı. Amma son günlər dayanmadan təzyiqi yüksəlir. Böyrək öz işini görür. Həkimlər deyir ki, belə yüksək təzyiq onun həyatına son qoya bilər. Qardaşıma təcili böyrək köçürülməlidir, onu xilas edin, yoxsa, əlimizdən gedəcək. İndi evdə həkim nəzarəti altındadır".
Qeyd edək ki, M.Zeynalov insult keçirib. Eyni zamanda, böyrək çatışmazlığından əziyyət çəkən M.Zeynalov təcili əməliyyat olunmalıdır.
.
