Xaçmazda fındıq oğruları saxlanıldı - Video + Foto

4,855 oxunub

Dekabrın 19-da Gəncəli kənd sakini Xeyrulla Əmirova məxsus, dəyəri 320 manat olan fındığı oğurlamaqda ittiah olunan rayon sakinləri saxlanılıb.

ARB TV xəbər verir ki, Xaçmaz Rayon Polis Şöbəsi (XRPŞ) əməkdaşlarının keçirtdikləri əməliyyat axtarış tədbirləri nəticəsində, zərəçəkənin həmkəndlisi, 28 yaşlı Sahib Zeynalov və köhnə Xaçmaz kənd sakini, 29 yaşlı Yaşar Nəcəfov saxlanılıb.

Hər iki şəxs əvvəllər məhkum olunub.

Faktla bağlı araşdırma aparılır.

Yenizaman.az

.
Təqvim