Xaçmazda 6 gün əvvəl anasını balta ilə qətlə yetirən şəxs axtarılır.

DİN-dən verilən məlumata görə, yanvarın 13-də anasını qətlə yetirərək hadisə yerini tərk edən Xaçmaz rayonu Əzizli kənd sakini Ramiz Sultanovun saxlanılması üçün polis əməkdaşları tərəfindən intensiv əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd olunub ki, R.Sultanov ruhi xəstədir. Həmin şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin (055) 722-27-99 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur. Məlumat verən şəxsin anonimliyi təmin olunacaq.

.